Ethiopia - Wolichu Sodu
Region: Guji
Hündürlüyü: 2,100 m
Emal stansiysı: Wolichu Sodu washing station
Kofe növü: JARC varieties , Local Landrace
Emal: Təbii
Dad: Hibiscus, yemiş, sitrus meyvələri, südlü şokolad
SCA Cupping Score: 86.25
Efiopiya sözün əsl mənasında qəhvə yetişdirmək üçün yaradılmışdır: ideal hava şəraiti, münbit torpaq, uyğun iqlim şəraiti. Qəhvənin əksəriyyəti təbii şəraitdə digər bitkilər arasında, ağacların kölgəsində heç bir gübrə və kimyəvi maddələrdən istifadə etmədən yetişdirilir.
Efiopiyadan gələn keyfiyyətli qəhvə heç vaxt çox qovrulmur. Arabica ' nın incə ətri və çox səviyyəli zəngin dadı, yüksək dərəcədə olan qovurmaya uyğun olmur. Düzgün qovrulmuş taxıllar həmişə açıq bir karamel rənginə sahib olur.